14 
Yan
2019
16:01
15
255
3043
Virtual karabakh

Parkinq qiymətlərində artım olacaqmı? - VİDEO

14 Yan, 2019
16:01
3043

Parkinq qiymətlərində artım olacaqmı? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının nəqliyyat problemlərinin içərisində parkinq yerləri həmişə öz aktuallığı ilə seçilib. Məsələnin həlli üçün kifayət qədər danışılsa da, problem öz aktuallığını qoruyur. İndi isə küçə və qapalı parkinq yerlərinin qiymət artımı gündəmə gəlib.

Ekspertlər deyir ki, indiki vaxtda həmin qiymətlərin artırılması qanunsuz parklanmanın daha da çoxalmasına gətirib çıxarar.

Oxu.Az-ın xəbərinə görə, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Hazırda yerüstü, yol kənarı parkinqlərdə saatı 50 qəpik, qapalı parklama yerlərində isə bu məbləğ 1-2 manat civarında dəyişir.

Qiymətlərin tənzimlənməsi üçün günlük, həftəlik və aylıq tariflərin yaradılması da vacib sayılır. Bununla da, sürücülərin qapalı parkinqlərə marağı artmış olar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri