Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputat vərəm və “Hepatit C” ilə bağlı dinləmələrin keçirilməsini istəyir
“Hepatit C”nin getdikcə daha da artması bizi ciddi narahat etməklə bərabər, bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var.
Oxu.Az xəbər verir ki, bunu ixtisasca həkim olan millət vəkili Qənirə Paşayeva deyib.
O, bu məsələ ilə bağlı üzvü olduğu parlamentin Səhiyyə komitəsinin iclasında məsələ qaldırdığını və onun üzərində israrlı olduğunu dilə gətirib.
“Hepatit C”yə qarşı mübarizədə bu xəstəliyə yoluxan insanların müalicəsinə dövlət dəstəyi qədər, əhali arasında güclü maarifləndirmə və profilaktik tədbirlərin genişləndirilməsinə ehtiyac var”, - deyən millət vəkili bildirib ki, bu tədbirlər virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacib məsələlərdən biridir.
“Bir sözlə, “Hepatit C” və onun artması bizi ciddi narahat etməli və bu istiqamətdə addımlarımızı daha da sürətləndirməliyik. Səhiyyə komitəsində bu mövzuda ictimai dinləmələrin olması bu işə öz müsbət töhfəsini verə bilər. Bir daha təklifimin üzərində qalıram”, - deyə millət vəkili qeyd edib.
Q.Paşayeva ölkədə vərəm xəstəliyinin daşıyıcısı olan insanların sayının artdığını və bu məsələnin ciddi narahatlıq yaratdığını sözlərinə əlavə edib.
O təklif edib ki, həm bu məsələ ilə bağlı mövcud qanunvericilik tam yenilənsin, həm də bu yöndə ictimai dinləmələr təşkil edilsin.
Kamil HƏMZƏOĞLU
"Qənirə Paşayeva" teqi üzrə xəbərlər
- Qənirə Paşayevanın yerinə TƏYİNAT
- Mərhum deputatın əmisi: “Qənirə xanım üç tədbirdən sonra Masazırdakı evində huşunu itirmişdi” - MÜSAHİBƏ
- Tanınmış balet artistindən inanılmaz sözlər: “20 ildən sonra küçədə qalacaqlar” - FOTO
- Bir il ərzində 50 yaşın astanasında dünyadan köçən məşhurlarımız - FOTO
- 2023-cü ildə həyatını itirən məşhurlarımız - FOTO/VİDEO
Rəylər