Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda 10 il 1 yaşından sonra uşaqlara ana südü verilməyib - Acınacaqlı rəqəmlər
Səhiyyə Nazirliyi ana südünün körpələrə verilməsinin vacibliyi ilə bağlı valideynlərə xəbərdarlıq edib.
Nazirlik analara müraciət edib ki, doğum evlərində olarkən körpələrinin yalnız ana südü ilə qidalandırılmasını qətiyyətlə tələb etsinlər:
"Yeni doğulmuş körpənizi həyatının ilk saatından başlayaraq altı ay ərzində yalnız ana südü ilə qidalandırın. Ana südü ilə qidalandırmanı dayandırmaq barədə uşağın bir-iki yaşından tez düşünməyin".
Qeyd olunub ki, hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi onların fiziki və psixi inkişafına, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir.
Oxu.Az-ın əməkdaşı Azərbaycanda ana südü ilə qidalanan körpələrin sayını yaş kateqoriyasına görə araşdırıb.
Statistik göstəricilərə görə, 2000-ci ildə 38.5 min körpə üç ayına qədər, 33.4 min körpə isə altı ayına qədər ana südü ilə qidalanıb.
2005-ci ildə üç ayına qədər, ana südü ilə qidalanan körpələrin sayı 30.5 min, 2007-ci ildə 34.4 min, 2008-ci ildə 36.5 min, 2009-cu ildə 53.5 min, 2010-cu ildə 77.9 min, 2011-ci ildə 74.5 min, 2012-ci ildə 83.5 min, 2013-cü ildə 86.5 min, 2014-cü ildə 93.2 min, 2015-ci ildə 90.3 min, 2016-cı ildə 95.2 min, 2017-ci ildə isə 89.7 min nəfər olub.
Altı ayına qədər ana südü ilə qidalanan körpələrin sayı isə həmin illərdə müvafiq olaraq 31.1, 36.6, 37.6, 39.3, 73.3, 71.1, 77.4, 78.8, 77.5, 73.7, 73.9 və 69.7 min olub.
Maraqlıdır ki, 2000-ci ildən 2010-cu ilə qədər 1-2 yaş arasında olan körpələrin ana südü ilə qidalanması qeydə alınmayıb.
Sonrakı illərdə isə bu yaş kateqoriyasında olan körpələrin ana südü içməsi halları kəskin çoxalıb.
Belə ki, 2010-cu ildə 77 min, 2011-ci ildə 69.6 min, 2012-ci ildə 66.3 min, 2013-cü ildə 63.5 min, 2014-cü ildə 60.1 min, 2015-ci ildə 58 min, 2016-cı ildə 58.2 min, 2017-ci ildə isə 55.4 min körpə bir yaşına qədər ana südü içib.
2010 və 2011-ci ildə isə 6.6 min körpə iki yaşına qədər ana südü ilə qidalanıb.
2012-ci ildə bu rəqəm 7.3 min, 2013-cü ildə 8.2 min, 2014-cü ildə 11.3 min, 2015-ci ildə 8.8 min, 2016-cı ildə 10 min, 2017-ci ildə 7.8 min olub.
Aqşin Kərimov
"Maraqlı" teqi üzrə xəbərlər
- Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb
- Alimlərdən yeni kəşf: Ələ əlavə edilən bir barmaq insanı mükəmməlləşdirir
- Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH + FOTO
- ABŞ kəşfiyyatı Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurur - ŞƏRH + FOTO
- Sürücülərin illərlə çözülməyən dərdinə çarə axtarılır: Cərimə artırılacaq, yoxsa parklanma yerləri? - FOTO
Rəylər