Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vaşinqtonda aviaqəzada adı açıqlanmayan sirli adam: Pentaqonun gizlətdiyi şəxs kimdir?
Vaşinqtonda sərnişin təyyarəsi ilə toqquşan hərbi helikopter ekipajının üzvlərindən birinin adı açıqlanmayacaq. Qərar ABŞ Müdafiə Nazirliyi tərəfindən qəbul edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Pentaqondan bəyan edilib.
Bildirilir ki, bu, həlak olan hərbçinin ailə üzvlərinin xahişi ilə edilib.
Bununla belə, mediada yayılan məlumatda, həlak olan şəxsin Corciya ştatından olan 28 yaşlı çavuş Rayan Ostin O'Hara olduğu bildirilir.
Helikopterdə, həmçinin Merilend ştatından olan 39 yaşlı baş çavuş Endryu Lloyd İv də olub.
Qeyd edək ki, faciə ilə bağlı müxtəlif konspiraloji versiyalar yaranıb. Onlardan birinə görə, "Black Hawk" helikopterini transgender pilot Co Ellis idarə edib.
Digər versiyaya görə, helikopterin idarəetməsi xarici qüvvələr tərəfindən ələ keçirilib.
Həmçinin Trampın inaqurasiyadan sonrakı ziyafətdə təyyarə formasında tortu qılıncla kəsməsini də bir növ əlamət kimi qiymətləndirirlər.
Xatırladaq ki, yanvarın 30-u Vaşinqton səmasında "Bombardier CRJ700" təyyarəsi "Sikorsky H-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə ən azı üç hərbçi olub. Sərnişinlər arasında vaxtilə Azərbaycan çempionu adını qazanmış keçmiş fiqurlu konkisürən Aleksandr Kirsanov da olub.
Yeri gəlmişkən, yanvarın 31-i yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə şənbə günü 03:30-da) Filadelfiyada (ABŞ) daha bir faciə baş verib. Tibbi təxliyə təyyarəsi olan "Learjet 55" şəhərin şimal-şərqindəki hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə dörd ekipaj üzvü, bir pasiyent (uşaq) və bir müşayiətçi olmaqla altı nəfər varmış. Onların hamısı həlak olub. Bundan başqa, yerdə bir neçə ev və avtomobil od tutub, çoxlu yaralı var. Yerdə xəsarət alanların sayı barədə dəqiq məlumat yoxdur.
"ABŞ-də təyyarə qəzası" teqi üzrə xəbərlər
- Təyyarə qəzalarının sayı niyə artıb? - Məşhur pilot səbəbləri AÇIQLADI
- ABŞ-də ard-arda təyyarə qəzaları: Hava limanlarında dispetçer çatışmazlığı var?
- Filadelfiyada dəhşət: Tibbi təyyarə qəzaya uğradı, evlər yanır
- Vaşinqtonda təyyarə qəzasında ölən 41 nəfərin cəsədi tapılıb
- Tramp Vaşinqtondakı təyyarə qəzasının yeni təfərrüatını açıqlayıb
Rəylər