ABŞ-nin Arizona ştatındakı Çandler hava limanının yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirilir ki, qəza iyulun 28-də yerli vaxtla saat 19:50-də qeydə alınıb. Təyyarənin yerə çırpılması barədə "911" xidmətinə məlumat daxil olduqdan sonra yanğınsöndürənlər dərhal hadisə yerinə yollanıblar. Hava gəmisi Makkuin və Kuin-Krik yollarının yaxınlığında aşkar edilib. Göyərtədəki bir nəfərin öldüyü məlum olub. Pilotun kimliyi hələ müəyyənləşdirilməyib. Hüquq-mühafizə orqanları aviasiya insidenti ilə bağlı təhqiqatı davam etdirirlər.