Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vilayət Eyvazovdan əmr: Polis naryadlarının sayı artırılır
Daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar, Respublikanın Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti, ictimai asayiş və ictimai təhlükəsizliyin daha nümunəvi və etibarlı təmin olunması məqsədilə, bayram ərəfəsində öz xidməti fəaliyyətlərini gücləndirilmiş rejimdə həyata keçirəcəklər.
Kütləvi tədbirlərin və bayram şənliklərinin təşkil olunduğu məkanlarda və əhalinin sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq.
Respubika ərazisində ictimai qaydaların, eləcə də, avtomobil yollarında piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.
Bayram ərəfəsində və bayram günlərində həyati əhəmiyyətli obyeklərin, eyni zamanda, xarici ölkələrin respublikamızdakı diplomatik nümayəndəliklərinin mühafizəsi xüsusi nəzarətdə saxlanılacaq.
Könül Cəfərli
"Vilayət Eyvazov" teqi üzrə xəbərlər
- Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər
- Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinə rəis təyin olunub
Rəylər