Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Prado" markalı avtomobil yolu keçmək istəyən Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Püstəxanım Bahadır qızı Hüseynovanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12