Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ÜST rəsmisi sərhədlərin açılmasından danışdı: “Ölkələrin bir-birinə inamı...”
“Ölkələr arasında sərhədlərin açılması ilə bağlı danışıqlar başlayıb”.
Oxu.Az xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, sərhədlər açılacaq, turizm inkişaf edəcək, ticarət əlaqələri genişlənəcək:
“Amma bunun üçün ölkələrin bir-birinə olan inamı vacibdir. Ölkələr əgər xəstəliyin aşkarlanması, bununla mübarizədə atılan addımları yaxşı qiymətləndirirsə, sərhədlərini rahatlıqla aça bilər”.
O bildirib ki, koronavirus pandemiyası ilə bağlı üç peyvəndin insanlar üzərində sınağına başlanılıb.
“Bir peyvənd 12-18 ay test edildikdən sonra insanlar üzərində tətbiq olunur. Belə vəziyyətlərdə çox gözlənilmir. İlin sonuna qədər peyvəndin ağır xəstələr üzərində istifadə edilməsi gözlənilir”.
O qeyd edib ki, koronavirusa qarşı peyvəndin hazırlanması 2020-ci ilin sonunda mümkündür.
İlhamə Əbülfət
Rəylər