"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Çindən aldığı yeni lokomotivlərin sürəti məlum olub.
Oxu.Az-ın məlumatına görə, yeni alınan lokomotivlər sələflərindən həm də sürəti ilə fərqlənir. Yeni alınan lokomotivin konstruktiv sürəti 120 km/saat, çəkisi 150 ton, gücü isə əvvəlkilərdən 3 dəfə artıqdır.
Xatırladaq ki, ADY QSC Çindən 7 yeni nəsil lokomotiv alıb. Hazırda qurum daha 14 yeni lokomotivin alınması ilə bağlı danışıqlar aparır.
Qaynar xətt:
(055) 224 12 12