“Ümumtəhsil məktəblərinin digər dillərdə məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların əksəriyyətinin müsahibələri keçirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
O qeyd edib ki, yaranmış vəziyyətə görə ölkə üzrə 300-ə yaxın uşaq müsahibə mərhələsindən keçməyib.
Onun sözlərinə görə, 300-dək məktəbəhazırlıq üzrə təhsil alan uşağın müsahibəsinin həyata keçirilməsinə şərait yaradılacaq:
“Səkkiz min uşağın müsahibələrini onlayn platforma üzərindən keçirməyi nəzərdə tuturuq. Hökumətin qəbul edəcəyi qərarlardan asılı olaraq, rus bölməsi üzrə I sinifə qəbul olunacaq uşaqların müsahibələrinin canlı formada keçirilməsi də müzakirə edilir”.
İlhamə Əbülfət
Rəylər