AMEA Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutun direktoru, akademik Vaqif Abbasov institutla bağlı yayılan iddialara münasibət bildirib.
V.Abbasov Oxu.Az-a açıqlamasında söyləyib ki, işçilər arasında məzuniyyətə gedənlər var:
“Amma bu, kütləvi deyil. Kiminsə işi varsa, onları saxlayırıq, işi olmayan məzuniyyətə gedir.
Koronavirusa görə institutun bağlanması xəbəri düz deyil. Bir işçimiz koronavirusa yoluxub. O da bir aydır işə gəlmir”.
12:59
AMEA Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun koronavirusa görə müvəqqəti bağlanması barədə yeni iddia səslənib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, institutun direktoru, akademik Vaqif Abbasov tərəfindən işçilərin hamısının koronavirusa görə məzuniyyətə göndərilməsi barədə göstəriş verilib.
Bildirilir ki, yoluxanlar arasında bir neçə laboratoriya müdiri də var.
11:51
AMEA Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda koronavirusun yayılması ilə bağlı iddialar yayılıb.
Bildirilib ki, AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədov koronavirusa yoluxub, vəziyyəti ağırdır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib.
Alim bir həftə evdə müalicə alıb, vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Süni tənəffüs cihazına qoşulacağı gözlənilir.
Bildirilir ki, institutun laboratoriya otağı iki həftəlik bağlanıb, dezinfeksiya edilib.
Neft-Kimya Prosesləri İnstitutundan Oxu.Az-a bildirilib ki, hazırda Ziyafəddin Əsədov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alır:
“Laboratoriya otağının iki həftə bağlanması ilə bağlı məlumat düzgün deyil. İşçilərin çoxu məzuniyyətdədir. Kim məzuniyyətdə deyilsə, işə gəlir. İş davam edir, hamı maska ilə içəri daxil olur. İnstitutun işçisi olmayan şəxslərin buraya daxil olması qadağandır”.
“Hər gün iş bitdikdən sonra institutda dezinfeksiya işləri aparılır”, - deyə məlumatda qeyd edilib.
AMEA Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutun direktoru, akademik Vaqif Abbasov institutla bağlı yayılan iddialara münasibət bildirib.V....
İlhamə Əbülfət
Rəylər