İyl
2020
09:10
157
761
47991
Virtual karabakh

“Sobsan” boya fabrikindəki yanğın söndürülüb – YENİLƏNİB+FOTO/VİDEO

5 İyl, 2020
09:10
47991

“Sobsan” boya fabrikindəki yanğın söndürülüb – YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın söndürülüb.

02:38

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: “Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı beşi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, altı nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib. 

00:00

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

22:13

7-ci mikrorayondakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı FHN-in yanğından mühafizə xidmətinin əməkdaşlarından xəsarət alanlar olub.

Baku TV xəbər verir ki, hadisə nəticəsindən tüstüdən zəhərlənən yanğınsöndürənlər yoldaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Bundan əlavə mülki vətəndaşlardan da xəsarət alanların olduğu bildirilib.

Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvə və texnika cəlb olunub.

{gallery}

21:43

7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Oxu.Az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də yanğın baş verən yerə gəlib. 

Əraziyə cəlb olunmuş FHN-nin 32 texnikası və 160 canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparır.

21:15

7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Hazırda FHN yanğından mühafizə xidməti alovun lokallaşdırılması və söndürülməsi üçün mübarizə aparır.

Baku TV-nin əldə etdiyi ilk məlumatlara görə, hadisə zamanı beş nəfər xəsarət alıb.

Onlar təcili xəstəxanaya çatdırılıblar.

21:01

7-ci mikrorayondakı “Sobsan” boya fabrikinə məxsus sexdə yanğın davam edir.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. 

Yanğın zamanı ətrafdakı insanlar təxliyyə edilib. 

20:37

Bakının Binəqədi rayonunda dəhşətli yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.

İlkin məlumatlara görə, “Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri