Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Bolmart” təşəbbüsü dəstəklədi: “Johnson&Johnson” məhsullarını satışdan çıxarılıb - FOTO
Azərbaycanın artıq üçüncü market şəbəkəsi mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkətinin məhsullarını satılmasından imtina edib.
“Bolmart” supermarketlər şəbəkəsi “RAHAT” supermarketlər şəbəkəsi və “Grandmart” mağazalar şəbəkəsinin təşəbbüsünü dəstəkləyərək bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.
Oxu.Az-ın “Bolmart” supermarketlər şəbəkəsindən əldə etdiyi məlumata görə, bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.
Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “Bolmart” supermarketlər şəbəkəsində satılmayacaq.
Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
Mövzuya aid xəbərlər
- “Grandmart” mağazalar şəbəkəsi də “Johnson&Johnson” məhsullarını satışdan çıxarıb
- “RAHAT” supermarketlər şəbəkəsi “Johnson&Johnson” məhsullarını satışdan çıxarıb
- Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI
- “Johnson & Johnson” şirkəti Qarabağdakı separatçı qondarma qurumu təbliğ edir - FOTO/VİDEO
- “Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO
Rəylər