“Bazar Store” supermarket şəbəkəsi də mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkətinin məhsullarını satılmasından imtina edib.
“Bazar Store” şəbəkəsi “RAHAT” supermarketlər şəbəkəsinin başladığı, “Bolmart” və “Grandmart” şəbəkələrinin qoşulduğu təşəbbüsü dəstəkləyərək “Johnson & Johnson” şirkətinin bütün məhsullarını satışdan yığışdırıb.
Qeyd edilir, ki bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.
Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.