Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Johnson & Johnson” şirkətinin daha bir ikiüzlülüyü ortaya çıxdı - FOTO
Məlum olduğu kimi mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkəti dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunu təbliğ edib.
Şirkətin bu addımı ölkəmizdə hiddətlə qarşılanıb və böyük mağazalar “Johnson & Johnson”un məhsullarından imtina etdiklərini bildiriblər.
Bundan sonra şirkətin sosial media hesabında separatçıları dəstəkləyən məlum status yox olub və əvəzində hər iki ölkəyə yardım ediləcəyi ilə bağlı paylaşım yer alıb.
Lakin əslində bu belə deyilmiş. Belə ki, şirkət separatçı qurumu dəstəkləyən statusunu sadəcə Azərbaycanda yaşayan internet istifadəçilərindən gizlədib. Digər ölkələrdə yaşayan şəxslər onların həmin paylaşımını yenə də görə bilirlər.