Vətən Müharibəsinin qəhramanlarından biri, kəşfiyyat bölüyünün komandiri olan mayor Asəf Maşıyev torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində müstəsna xidmətləri ilə seçilib.
Baku TV xəbər verir, A.Maşıyevin atası Volodya Maşıyevin sözlərinə görə, o, hələ Birinci Qarabağ döyüşlərini televiziya ekranlarından izləyərkən hərbçi olacağını deyirdi. Sonralar şəhid mayor A.Maşıyevin bu istəyi durmadan artır. Nəhayət ailəsi A.Maşıyevin bu istəyinə etiraz etmir. O, hərb sənətini seçir.
İkinci Qarabağ müharibəsi başlayanda mayor rütbəsi ilə kəşfiyyat bölüyünə komandirlik edir. A.Maşıyev sonuncu dəfə həyat yoldaşı ilə sentyabr ayının 29-u danışır. Övladlarını tapşırır, təhsillərini davam etdirmələrini istəyir. Son sözləri sırasında “sən mənimlə fəxr edəcəksən” də olur.
Vətən Müharibəsində mayor A.Maşıyev bir sıra nöqtələrdə döyüşüb. Sonuncu dəfə Murov istiqamətində gedən döyüşlərdə itkin düşür. Tam 72 gün sonra yaxınları onun şəhid olması xəbərini alır.
Bu gün A.Maşıyevin Azərbaycan xalqına üç övladı - iki oğlu, bir qızı əmanət qalıb. Bu övladlar da ataları kimi hərbçi, kəşfiyyatçı olmaq istəyir.
Şəhid Asəf Maşıyev xidmətinə görə bir sıra fəxri fərmanlar, orden və medallarla təltif olunub. Hərbçi kimi son mükafatı isə “Vətən uğrunda” medalı olub.
Vətən Müharibəsinin qəhramanlarından biri, kəşfiyyat bölüyünün komandiri olan mayor Asəf Maşıyev torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində müstəsna x...
Rəylər