Bu il öz 5 illik yubileyini qeyd edən “BRAVO” marketlər şəbəkəsi sürətlə böyüməyə davam edir.
11 martdan etibarən “BRAVO” Bakıda 2 yeni və Şəmkirdə isə ilk superstor formatında marketlərinin qapılarını müştərilərinin üzünə açdı. Qeyd edək ki, bu “BRAVO” şəbəkəsinin regionda açdığı sayca üçüncü marketidir.
Bundan əvvəl “Gəncə Mall” alış-veriş mərkəzində və Gəncə Dəmiryol stansiyasında 2 market müştərilərinin istifadəsinə verilib. Şəmkir şəhərinin əsas girişində yerləşən superstorun rəsmi açılış mərasimi bu gün, 11 mart səhər saatlarında, Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və “BRAVO”nun icraçı direktoru Kevin Landi, həmçinin digər səlahiyyətli şəxslərin iştirakı ilə keçirilib. “İlk “Bravo” Superstorumuzun açılışına görə bu gün Şəmkirdə olduğum üçün çox məmnunam. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu salamlamaq, bu layihənin reallaşmasında onun kömək və dəstəyinə görə təşəkkür etmək istəyirəm. Həmçinin mən bu marketin hazır olmasında böyük əməyi olan “Bravo” komandasına təşəkkürlərimi bildirirəm. Alıcılarının daha böyük market istəyi bu dəfə “BRAVO”nu regionda 5000 kv.m ərazini əhatə edən, 100-dən çox iş imkanı yaradan superstor formatlı marketə və Regional Logistika Mərkəzinə çevirdi.
“Bravo”nun məqsədi alış-verişi daha asan və komfortlu edən yeni, müasir Superstor təcrübəsi yaşatmaqdır. Böyük bir dayanacaq sahəsi və ictimai nəqliyyata çıxışı olan “BRAVO” burada alıcılarına qida və qeyri-qida məhsullarının geniş seçim imkanını təqdim edir. Yeni və daimi “Bravo” müştərilərimizi burada görməyə şad olacayıq. Ümid edirik ki, şəbəkəmiz ölkə üzrə daha da genişlənəcək və biz öz xidmətlərimizi daha geniş kütləyə təqdim edəcəyik”,- deyə “BRAVO” icraçı direktoru Kevin Landi bildirib.
Daha sonra söz Şəmkir İH başçısı Alimpaşa Məmmədova verilib: “Sürətli inkişaf Azərbaycanın hər yerində bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Son illərdə ölkəmizdə ən müasir dünya standartlarına cavab verən ticarət, alış-veriş mərkəzləri istifadəyə verilib. Bu baxımdan “Bravo” hipermarketinin öz yeri var. Bu cür ticarət mərkəzlərinin Şəmkir rayonunda da yaradılması vətəndaşların, o cümlədən rayonumuza gələn qonaqların rahatlığını təmin edir.
Bununla yanaşı, bu müasir ticarət infrastrukturunun istifadəyə verilməsi rayonumuzun iqtisadi potensialını nümayiş etdirərək, ümumilikdə, Şəmkirin iqtisadi inkişafına xidmət edir. Böyük zövqlə inşa olunan bu hipermarket, eyni zamanda, yerləşdiyi ərazinin gözəlliyini artırmaqla, son dövrlərdə Şəmkirin müasir şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən işlərin davamlı olduğunu nümayiş etdirir”.
Günü-gündən böyüyən “BRAVO” 11 mart tarixində həm də Bakıda iki yeni superstor formatlı mağazalarını müştərilərinin ixtiyarına verib.
Yeni mağazalar Lökbatan qəsəbəsi, 28 may küçəsi və Səbail rayonu, 20-ci sahə, Ş. Allahverdiyev küçəsi 6B ünvanlarında, həftənin 7 günü, 24 saat olmaqla fəaliyyət göstərəcək.
“BRAVO” ilk dəfə 2016-cı ildə “Ganjlik Mall”da fəaliyyətə başlayıb. İlk günlərdən əla qiymət, geniş çeşid və xidmət keyfiyyəti ilə seçilərək əhalinin rəğbətini qazanan marketlər şəbəkəsi son 5 il ərzində sürətlə böyüyərək bu gün Əhmədli qəsəbəsi, “Koroğlu” m/s və “20 yanvar” m/s ərazisində yerləşən 3 hipermarket, 9 superstor, 10 supermarket, 44 kiçik formatlı market ilə fəaliyyət göstərir.
Rəylər