Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kevin De Bruynedən təsirli paylaşım
"Mançester Siti"dən ayrılan belçikalı yarımmüdafiəçi Kevin De Bruyne sosial şəbəkə hesabından təsirli paylaşım edib.
Oxu.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Mançester Siti"ni cari mövsümün sonunda tərk edəcək.
Futbolçu "Mançester Siti"nin azarkeşlərinə ünvanladığı vida müraciətində qeyd edib ki, bu fikirləri yazmaq onun üçün asan deyil:
"Futbol məni sizlərə, bu şəhərə gətirdi. Bu müddətin mənim taleyimi dəyişəcəyini bilmədən, öz arzularımın arxasınca qaçırdım. Bu klub, bu şəhər, bu insanlar mənə hər şeyi bəxş etdilər. Mənim özümü bütünlüklə sizə həsr etməkdən başqa seçimim yox idi. Bilin ki, biz hər şeyi qazandıq".
Xatırladaq ki, De Bruyne 2015-ci ilin yayından "Mançester Siti"də çıxış edir.
"Kevin De Bruyne" teqi üzrə xəbərlər
- Kevin De Bruynenin yeni klubu bəlli oldu
- Kevin De Bruyne "Mançester Siti"də yeni uğura imza atıb
- "Aston Villa" Kevin de Bruyne ilə danışıqlara başlayıb
- "Çelsi"nin De Bruynenin kluba mümkün qayıdışı ilə bağlı MÖVQEYİ təəccübləndirdi
- Qvardiola "Barselona"nın əsas ulduzlarından birini "Mançester Siti"yə cəlb etmək istəyir