Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Haber Global" Bakıda keçirilən Cənub Qaz Dəhlizi ilə bağlı tədbirdən süjet hazırladı
"Xüsusilə enerji təhlükəsizliyinin müzakirə edildiyi dövrdə Cənub Qaz Dəhlizinin önəmi daha da artıb".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global"ın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasına həsr olunmuş süjetində bildirilir.
Reportajda tədbirə 24 ölkənin, yeddi beynəlxalq maliyyə strukturunun və 42 enerji şirkətinin qatıldığı vurğulanıb:
"Açılış nitqi ilə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Onun nitqinin əsas hissəsi enerji təhlükəsizliyinə həsr olunub. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın qaz təchizatının Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirlər: "Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır", - deyə Azərbaycan Prezidenti vurğulayıb".
Ətraflı süjetdə:


"Cənub Qaz Dəhlizi" teqi üzrə xəbərlər
- Baş katib: "Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik"
- Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir
- Azərbaycanın yaşıl enerji hədəfi: Gələcəyin yol xəritəsi Bakıda dəqiqləşdi
- SOCAR-ın vitse-prezidentinin müavini Qaz üzrə Beynəlxalq İttifaqın icraedici komitəsinə üzv seçilib
- Prezident İlham Əliyev Kaya Kallası qəbul edib