Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bolqarıstanın energetika naziri: "Azərbaycan Avropanı külək və günəş enerjisi ilə təmin edəcək"
"Bolqarıstan Qara dəniz enerji kabeli layihəsinə qoşulmağa maraq göstərir. Hazırda hökumətlərarası sazişi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan imzalayıb. Bir ay əvvəl Macarıstanda keçirilən görüşdə bu layihədə iştirak etməkdə maraqlı olduğumuzu və perspektivlər gördüyümüzü dedik".
Bunu Oxu.Az-a açıqlamasında Bolqarıstanın energetika naziri Jeço Stankov Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası çərçivəsində deyib.
O qeyd edib ki, Azərbaycandan Bolqarıstana qaz tədarükü üçün uzunmüddətli müqavilə bağladıqdan sonra növbəti istiqamət elektrik enerjisi sektoru olacaq:
"Bu o deməkdir ki, biz uzunmüddətli perspektivdə Bolqarıstanı təkcə Azərbaycandan ucuz qazla deyil, həm də bu regiondan Avropanın cənub-şərq hissəsinə ucuz külək və günəş enerjisi ilə təmin edəcəyik".
Məhərrəm Əliyev
"Cənub Qaz Dəhlizi Məşvərət Şurası" teqi üzrə xəbərlər
- Azərbaycanın yaşıl enerji hədəfi: Gələcəyin yol xəritəsi Bakıda dəqiqləşdi
- Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
- 24 ölkənin nazirləri Bakıda razılaşdılar
- Bayraktar: "Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki örnək əməkdaşlığında yeni səhifə açılır"
- Bakıda CQD Məşvərət Şurası çərçivəsində iclaslar keçirilib, İlham Əliyev tədbirdə çıxış edib