25 
Mar
2021
16:25
701
18
4150
Virtual karabakh

Şəhidimizin yeni doğulan övladı Nadia üçün hesab açılacaq - FOTO

25 Mar, 2021
16:25
4150

Şəhidimizin yeni doğulan övladı Nadia üçün hesab açılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid Nadir Nadirlinin yeni doğulan övladı Nadianın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fonddan Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu məqsədlə 1000 manat anaya təqdim olunub.

Dünyaya yeni göz açan körpənin adına isə 5000 manatlık hesab açılacaq. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün portal istifadədir. Fondun hesabatlılığı ilə linkdən tanış olmaq mümkündür. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi də fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri