24 
Apr
2021
12:34
763
14
1989
Virtual karabakh

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

24 Apr, 2021
12:34
1989

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vətən müharibəsi şəhidi Sultan İbrahimovun doğum gündür.

Oxu.Az xəbər verir ki, şəhid Sultan İbrahimov 1996-cı il aprelin 24-də Salyan şəhərində anadan olub.

Kiçik gizir İbrahimov Sultan sentyabrın 27-dən etibarən işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla mübarizə aparıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan S.İbrahimov hərbi hissə qarşısında qoyulmuş tapşırıqları uğurla icra edib. Vəzifə borcunu şərəflə yerinə yetirən, düşmənə ağır zərbələr vuran igidimiz oktyabrın 24-də Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ağbənd qəsəbəsi istiqamətində şəhid olub.

Şəhid kiçik gizir Salyan şəhərində torpağa tapşırılıb. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Sultan İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri