24 
May
2021
12:51
233
39
7050
Virtual karabakh

Tahir Salahov dəfn edilib - FOTO/VİDEO

24 May, 2021
12:51
7050

Tahir Salahov dəfn edilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov dəfn edilib. 

Oxu.Az xəbər verir ki, T.Salahov Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə Mədəniyyət naziri Anar Kərimov, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edib.

12:03

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunub.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

T.Salahov Birinci Fəxri xiyabana torpağa tapşırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri