31 
Avq
2021
19:02
66
1184
25980
Virtual karabakh

Gəncədə küçəyə atılan uşağın valideynləri müəyyən edilib – YENİLƏNİB + FOTO/VİDEO

31 Avq, 2021
19:02
25980

Gəncədə küçəyə atılan uşağın valideynləri müəyyən edilib – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avqust ayının 30-u gecə saatlarında bir nəfər şəxs Gəncə şəhərində xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, Polis əməkdaşlı dərhal körpənin qayğısına qalaraq onu  2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər:

“Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər  nəticəsində məlum olub  ki, uşağı polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası-Zaqatala rayon sakini Esmira Məmmədova ilə birlikdə uşağı qərarlaşdırdıqları üzrə polisə verib. Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir”.

16:47

“Gəncədə küçəyə atılan körpənin valideynlərinin axtarışlarına başlanılıb”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, körpənin valideynlərinin tapılması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.

14:15

Gəncədə küçəyə atılan körpənin vəziyyəti açıqlanıb. 

Bu barədə Oxu.Az-a Gəncə şəhər 2 saylı uşaq xəstəxanasından məlumat verilib:

“30.08.2021-ci il tarixdə Gəncə şəhər Adilxanlı küçəsində polis əməkdaşları tərəfindən atılmış  uşaq tapılıb və uşaq xəstəxanasına təhvil verilib. Uşağın çəkisi 7 kiloqram, boyu 64 sm, təxmini 5-6 aylıq.

Körpə həkimlər tərəfindən müayinə edilib, ümumi vəziyyəti praktiki sağlam qiymətləndirilib. Bu barədə icra hakimiyyətinə və qəyyumluq komissiyasına məlumat verilib”.

09:32

Gəncədə dörd aylıq körpə küçəyə atılıb. 

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri