Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Saxta yollarla COVID-19 pasportu satan ələ keçdi: 300 vəsiqənin şəkli çıxdı - FOTO/VİDEO
COVID-19 pasportunu saxta yollarla əldə etməyə çalışan, bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Lerik rayon sakini Eminəli Həşimov saxlanılıb. Məlum olub ki, o, Bakı şəhərinin ərazisində yaşayan həmyerlilərini 40 manat müqabilində vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməklə həmin şəxslərə guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportları satıb.
Həyata keçirilən əməliyyat zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan Eminəli Həşimov, eləcə də özü və iki nəfər ailə üzvü üçün üç ədəd saxta COVID-19 pasportu alan Araz Əmrəliyev iş başında saxlanılıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Eminəli Həşimov Lerik rayonundan özü ilə birlikdə Bakı şəhərinə gələrək burada yaşayan, lakin qeyd edilən rayonda qeydiyyatda olan 79 şəxsin adına tərtib olunmuş saxta COVID-19 pasportu gətirib.
Bu şəxsdən həmin pasportlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Eminəli Həşimovun üzərində olan mobil telefondan saxta pasport hazırlamaq üçün Lerik rayonunda qeydiyyatda olan 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrinin şəkli, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər