Bakıda tanışı tərəfindən xəncərlə vurulan gənc ağır yaralanıb.
“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Musayev Kamran Şakir oğlu Kamil Balakişiyev küçəsində yaşadığı evdə tanıdığı şəxs tərəfindən xəncərlə xəsarətlər alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona baş və sol qolun geniş həcmli yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.
Rəylər