Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verilib.
Bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxilİ işlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Axşam saatlarında ərini öldürən qadın 4 uşaq anası imiş - HADİSƏNİN DETALLARI
- Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddələri ilə ittiham irəli sürülüb
- Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar
- Bakıda yağışlı hava qəzalara səbəb oldu: 16 istiqamət üzrə sıxlıq müşahidə edilir
- Bakıda avtomobildən 10 min dollara yaxın pul oğurlanıb
Rəylər