Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Külli miqdarda rüşvət almaqda ittiham olunan vəzifəli şəxs ev dustaqlığına buraxıldı
Dörd ay əvvəl korrupsiya əməliyyatı ilə bağlı həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov ev dustaqlığına buraxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatətini əsaslı hesab edib.
R.Əliyevin bəlli yaşayış yerinin olması, istintaqdan yayınmaq fikrinin real görünməməsi qətimkan tədbirinin dəyişməsi üçün əsaslar hesab edilib.
Qeyd edək ki, Rəşad Məmmədov 70 min manat rüşvət almaqda ittiham olunur. İş üzrə ilkin istintaq davam edir.
"Korrupsiya cinayəti" teqi üzrə xəbərlər
- Tramp: "Nyu-York və Vaşinqton məhkəmələrində korrupsiya və radikallıqda birinci yeri tutur"
- Qazaxıstanda məmurlar üçün həbsxana gəzintisi təşkil olunacaq
- Uğursuz siyasətçilərin yığıncağı - Avropa Parlamentinin separatçı sevgisi
- Azərbaycanda universitetin korrupsiyaya görə həbs olunan şöbə müdirinə güzəşt olmadı - SON QƏRAR
- Kürdəmirin sabiq icra başçısı AZADLIĞA BURAXILDI
Ən çox oxunanlar