Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabadda məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən “Report”a verilən məlumata görə,3 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 350 m² olan birmərtəbəli korpusda döşəmə 5 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
14:28
Cəlilabadda məktəb binasında yanğın olub.
APA-nın xəbərinə görə, yanğın Cəlilabad şəhər 3 nömrəli orta məktəbdə baş verib.
Hadisə yerinə FHN-nin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rəylər