Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cəlilabadda yasa gedən şəxslər qəzaya düşdülər: Yaralılar var
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndinin ərazisində qeydə alınıb. Hərəkətdə olan "Prius" və VAZ 2107 markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində "Prius" aşıb.
Qəza nəticəsində iki nəfər - 1964-cü il təvəllüdlü Abdul Vəlişov və 1989-cu il təvəllüdlü Vüsal Vəliyev xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların rayona yas məclisinə getdikləri deyilir.
Məlumata görə, qəzaya yağışlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
"Cəlilabad" teqi üzrə xəbərlər
- Bacısını hamamda başqası ilə yaxaladı, ürəyindən bıçaqlanaraq ÖLDÜRÜLDÜ
- "Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri
- Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qız ailəsinə təhvil verildi
Ən çox oxunanlar