Noy
2022
09:43
8
191
2509
Virtual karabakh

Metroda sərnişinin halı pisləşdi - AÇIQLAMA + FOTO

3 Noy, 2022
09:43
2509

Metroda sərnişinin halı pisləşdi - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metropoliteninin “28 May” stansiyasında sərnişinlərdən birinin halı pisləşib.

Oxu.Az xəbər verir ki, kişi sərnişin metropoliten işçiləri tərəfindən oturacağa uzadılıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəstəyə tibbi yardım göstərilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun Oxu.Az-a verdiyi açıqlamaya görə, 63 yaşlı sərnişinin ürək-damar sistemində problem var, bu səbəbdən halı pisləşib:

“Metropoliten əməkdaşları xəbər tutan kimi yaxınlaşıb ilkin yardım göstəriblər. Həmçinin dərhal təcili tibbi yardım xidməti çağırılıb, onlar da tibbi yardım göstəriblər. Hazırda vəziyyəti normaldır”. 

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri