“Daqqılı” ləqəbli bloger Ziliş Cəfərov bu gün məhkəmə qarşısına çıxarılıb.
Lent.az xəbər verir ki, məhkəmənin qərarı ilə Ziliş Cəfərov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs cəzası alıb.
“Daqqılı” ləqəbli bloger Ziliş Cəfərov bu gün məhkəmə qarşısına çıxarılıb. Lent.az xəbər verir ki, məhkəmənin qərarı ilə Ziliş Cəfərov İnzibati Xətalar Məcəlləs...
13:54
“Daqqılı” ləqəbli bloqer Ziliş Cəfərovun saxlanılmasının səbəbləri açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “TikTok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar.
Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Rəylər