Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində Meksika - Ekvador oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Meksika yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Belə ki, 22-ci dəqiqədə Xulian Kinones və 31-ci dəqiqədə Raul Ximenes fərqlənərək Meksikanı 1/8 finala daşıyıblar.
Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Evkadorun futbolçusu Piyer İnkapye mübahisə zamanı ağzını əli ilə örtdüyünə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Qaynar xətt:
(055) 224 12 12