23 
Sen
2023
15:34
25
251
3510
Virtual karabakh

Səs rejissoru Əsəd Əsədov dəfn edilib - YENİLƏNİB + FOTO

23 Sen, 2023
15:34
3510

Səs rejissoru Əsəd Əsədov dəfn edilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış səs rejissoru Əsəd Əsədov dəfn edilib.

APA xəbər verir ki, o, Mehdiabad qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, ictimaiyyət, mədəniyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi, Azərbaycan dövlət mükafatı laureatı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, tanınmış səs rejissoru Əsəd Əsədov bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

10:30

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, səs operatoru, səs rejissoru Əsəd Əsədov vəfat edib.

O, 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əsəd Fərrux oğlu Əsədov 1947-ci il martın 1-də Bakıda anadan olub. 1970-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib. 100-ə yaxın bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissoru olub. “Yaramaz” filminə görə dövlət mükafatı (1991), “Ailə” filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq görülüb (2003).

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın “əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Dövlət Mükafatı laureatıdır. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri