Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var
Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Məleykə Fərzəliyeva məlumat verib.
O bildirib ki, övladının sol böyrəyində törəmə aşkarlanıb:
"Abbasın üç yaşı var, bir neçə ay əvvəl onun böyrəyində törəmə aşkarlandı və əməliyyat olundu. Əməliyyat uğurla keçsə də, Abbas bir müddət həkim nəzarətində olmalı və müalicələri vaxtında edilməlidir".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu bildirib:
"Abbas mənim ilk övladımdır. Biz Sabirabad rayonunda yaşayırıq. Yoldaşım iş olduqca fəhləlik edir, mən isə evdar qadınam. Abbasın səhhətinin stabil qalması üçün müalicələri vaxtında etməliyik. Onun həkimi Bakıda olduğu üçün bəzən getməyə belə pul tapmırıq. Müalicələr üçün yardımsevər şəxslərin dəstəyinə ehtiyacımız var. Onlardan övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə əlaqə: (050) 319-27-21.
"Kapital Bank": 4169 7388 1120 6808.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- İki dəfə kliniki ölüm keçirən Ümidin dəstəyə ehtiyacı var
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Əlil ana övladları üçün yardım istəyir: "Meyvə belə ala bilmirəm"
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir