Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.
Oxu.Az məlumat verir ki, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.
Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.
"Qaz təchizatı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər