Oktyabrın 30-da Bakının Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan təmir işləri başa çatanadək hər iki rayonun bir sıra küçələrində qazın verilişi dayandırılacaq.
Qaynar xətt:
(055) 224 12 12