29 
Sen
2023
13:56
320
25
4014
Virtual karabakh

Antiterror tədbirləri zamanı şəhid olan İlkin Qarayev dəfn edilib - YENİLƏNİB

29 Sen, 2023
13:56
4014

Antiterror tədbirləri zamanı şəhid olan İlkin Qarayev dəfn edilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başlatdığı antiterror tədbirləri zamanı şəhid olan İlkin Yusif oğlu Qarayev Samuxda Seyidlər kənd qəbiristanlığında dəfn olunub.

“Report”un Qərb bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, İlkin Yusif oğlu Qarayev Dövlət Sərhəd Xidmətinin əsgəri olub.

11:10

Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan İlkin Yusif oğlu Qarayev ilə Samux rayonu Seyidlər kəndində vida mərasimi keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, vida mərasimində şəhidin yaxınları, hərbçilər, Samux rayonun idarə və təşkilat rəhbərləri, polis əməkdaşları və sakinlər iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhid Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, İlkin Qarayev doqquz ayın əsgəri olub. O, sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri