Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yaşar Ələkbər oğlu Kərimovla Neftçala rayonunun Qaramanlı kəndində keçirilən vida mərasimi keçirilib.
"Report"un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Qaramanlı kəndində dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.