25 
Okt
2023
12:41
15
187
3846
Virtual karabakh

Kürdəmirdə ağır QƏZA: Xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB + FOTO

25 Okt, 2023
12:41
3846

Kürdəmirdə ağır QƏZA: Xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, onlar Ağdam rayon sakinləri - 50 yaşlı Səbinə Vaqif qızı İbrahimova, 53 yaşlı sürücü Zülfüqar İsrəfil oğlu İbrahimov və 13 yaşlı Ayxan Zülfüqar oğlu İbrahimlidir.

Hadisədə ölən qadının kimliyi hələ ki məlum deyil, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

10:02

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik maşını həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri