Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Get, kimə şikayət edirsən, et” deyən “BakuBus” sürücüsü işdən çıxarıldı - AÇIQLAMA + VİDEO
Sosial şəbəkələrdə “BakuBus” sürücüsü və sərnişin arasında baş verən mübahisənin görüntüləri yayılıb. Belə ki, 32 nömrəli marşrut xəttində baş verən dava zamanı sürücü nalayiq ifadələr işlədib. O, avtobusu saxlayıb və sürməyəcəyini bildirib.
“Get, kimə şikayət edirsən, et” deyən sürücünün hərəkəti gedəcəyi ünvana gecikən sərnişinlərin narazılığına səbəb olub.
Məsələ barədə “BakuBus” MMC açıqlama verib. MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun istismarında olan 32 nömrəli marşrut xəttinin sürücüsü ilə bağlı yayılan videogörüntülər hərtərəfli araşdırılıb:
“Sürücünün davranışının qaydalar çərçivəsində olmadığı öz təsdiqini tapdı. Sürücü əmək qanunvericiliyinə əsəsən işdən azad edilib.
Bu kimi halların qarşısını almaq üçün sərnişinlərlə əlaqə imkanlarımızı genişləndirmişik ki, anında reaksiyaları ala bilək. Xidmət keyfiyyətinin daha da yüksək səviyyəyə çatdırılması baxımından keyfiyyətə nəzarət mütəxəssisləri gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin yanında olaraq rəyini öyrənirlər”.
İlhamə Əbülfət
"BakuBus MMC" teqi üzrə xəbərlər
- "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ
- "Baku Bus"ın sükan arxasında infarkt keçirən sürücüsünün vəziyyəti AÇIQLANDI
- Avtobusların yolda olma müddəti orta hesabla altı dəqiqə azalacaq
- "BakuBus" ötən ilin son iki ayında 161 ədəd elektrik avtobusu istifadəyə verib
- "BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?