16 
Noy
2023
17:54
94
5
1364
Virtual karabakh

Cəlilabadda ətrafı çirkləndirənlər cərimələndilər

16 Noy, 2023
17:54
1364

Cəlilabadda ətrafı çirkləndirənlər cərimələndilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda ətrafı məişət tullantıları ilə çirkləndirənlər inzibati məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub.

Aşkarlanmış hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri