Dek
2023
11:28
40
26
1452
Virtual karabakh

Xərclərin azaldılması turizm gəlirlərini artıracaq? - AÇIQLAMA + FOTO

1 Dek, 2023
11:28
1452

Xərclərin azaldılması turizm gəlirlərini artıracaq? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlılığı artıra bilər”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, cari ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq, Avropadan gələnlərin sayındakı artım davam edib.

“Belə ki, həmin dövrdə ölkəmizə gələn turistlərin sayı 30,3 faiz artsa da, avropalı ziyarətçilərin sayında artım 41,9 faiz olub. Həmin müddətdə 1 milyon 723 min əcnəbi Azərbaycana səfər edib. Yeri gəlmişkən, körfəz ölkələrindən gələnlərin sayında azalma davam edib. 2023-cü ilin ilk 10 ayında ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7,4 faiz azalıb.

Ən çox artım üç Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq, 692,6 min nəfərə çatıb.

Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə üç milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdilər.

Bu baxımdan, gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri