Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İnqilabi qərar: İndoneziyanın yeni paytaxtı Nusantarada benzinli avtomobillər qadağan ediləcək
İndoneziyanın yeni paytaxtı Nusantarada benzinlə işləyən avtomobillər olmayacaq.
Oxu.Az-ın "Detik" portalına istinadla məlumatına görə, bu barədə ölkənin Prezidenti Coko Vidodo məlumat verib.
O, Nusantara paytaxtında yaşıl iqtisadiyyatın inkişaf edəcəyini bildirib.
"Nəqliyyat vasitəsi kimi elektrik avtomobilləri istifadə olunacaq. Benzinlə işləyən daxili yanma mühərrikli avtomobillər həqiqətən də Nusantarada qadağan ediləcək, çünki konsepsiyası yaşıl şəhərdir", - deyə Coko Vidodo bildirib.
Qeyd edək ki, Vidodo paytaxtın Cakartadan köçürülməsi ideyasını 2019-cu ildə səsləndirib. İlkin olaraq meqapolisin 2024-cü ilə qədər Kalimantan adasında yaradılması planlaşdırılırdı. Bu məqsədlə təxminən 32 milyard dollar ayrılmışdı. Lakin pandemiya səbəbindən layihənin həyata keçirilməsi dayandırılır.
2022-ci ilin yanvar ayının ortalarında dövlət başçısı yeni paytaxt Nusantara (tərcümədə "arxipelaq" mənasını verir) adlanacağını elan etdi.
"İndoneziya" teqi üzrə xəbərlər
- Yaşlı qadın bomba barədə zarafat etdi, təyyarədən qovuldu
- İndoneziyada iki gündə ikinci təbii fəlakət: Bu dəfə zəlzələ oldu
- İndoneziyada Semeru vulkanı beş dəfə püskürdü
- İndoneziyada qorxunc hadisə: Kişi anasını pitonun ağzında ilişib qalmış vəziyyətdə tapdı
- İndoneziya prezidenti siçovullarla mübarizə üçün fermerlərə bayquş verəcək