Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xocalı və Xankəndiyə açılan avtobus reyslərindən kimlər istifadə edə bilərlər?
"Böyük Qayıdış" proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sentyabrın 14-də Bərdə-Xocalı-Xankəndi marşrutu üzrə, bu gün isə Bakı-Xocalı-Xankəndi-Şuşa marşrutu üzrə müntəzəm avtobus reysi istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bəzi vətəndaşlar bu marşrut xətlərindən yalnız bu ərazilərdə yaşama və işləmə icazəsi olanlara icazə verildiyi ilə bağlı məlumatlar yayıblar.
Bəs Xankəndi, Xocalı, Şuşa istiqamətində kimlər bilet alıb gedə bilər?
Məsələyə aydınlıq gətirməsi üçün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə sorğu ünvanladıq.
"Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti" publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, istər Bərdə-Xocalı-Xankəndi, istərsə də Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reyslərindən istənilən vətəndaş icazə əsasında istifadə edə bilər.
"Səfər etmək istəyən hər bir vətəndaş "Yolumuz Qarabağa" portalı (www.yolumuzqarabaga.az) üzərindən icazə əldə edə bilər. "Yolumuz Qarabağa" portalı üzərindən Şuşa şəhərinə olunan qeydiyyat Xankəndi üçün də keçərlidir.
Qeyd edək ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarının sakinləri, müxtəlif idarə və qurumlarda çalışan vətəndaşlarımız üçün portalda qeydiyyat iş müqavilələri çərçivəsində müddətsizdir", - deyə açıqlamada vurğulanır.
Qarabağ Universitetində təhsil alan tələbələr və onların valideynləri üçün portaldan icazə alınması ilə bağlı Oxu.Az-a açıqlamasında Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva bildirib ki, Qarabağ Universitetində təhsil alan tələbələr üçün icazələr tədris ili boyu müddətsizdir.
"Tələbələrin valideynləri üçün portal icazəsi müddətlidir. Tədris ili müddətində övladının yanına gəlmək istəyən valideynlər əvvəlcədən Qarabağ Universitetinin müvafiq heyətinə müraciət etməklə icazə əldə edə bilərlər", - deyə açıqlamada vurğulanıb.
Əzizə İsmayılova
"Şuşa" teqi üzrə xəbərlər
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Şuşaya köçürülən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Fərhad Muradzadə: "İllərin ağrı-acısı Şuşaya ayağımız dəyən kimi yox oldu sanki"
- Nuri Hümbətova: "Artıq heç kim bizə məcburi köçkün deyə bilməz"
- Şuşaya qayıdan sakin: "Öz doğma yurdumuzda yaşamaq hissi bir başqadır"
Rəylər