Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AZAL Naxçıvana əlavə təyyarələr göndərir - SƏBƏB
"Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə edilir".
Oxu.Az bildirir ki, bu məlumatı "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, sıxlıq səbəbindən Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay mövsümündə intensiv uçuş cədvəlinə baxmayaraq, sərnişinlərin Naxçıvandan Bakıya daşınması üçün bütün zəruri tədbirləri həyata keçirir.
Mövcud vəziyyətin həlli məqsədilə AZAL Naxçıvana əlavə təyyarələr göndərəcək ki, bu da sərnişinlərin Bakıya çatdırılma prosesini sürətləndirməyə imkan verəcək.
Qeyd etmək lazımdır ki, bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZAL maydan bir sıra istiqamətlərdə uçuşların sayını artırır
- AZAL: "2032-ci ilə qədər aviaparka yeni "Airbus" və "Boeing" təyyarələri daxil olacaq"
- İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
- Təyyarə qəzasında həlak olan ekipaj heyəti və sərnişinlərin xatirəsi əbədiləşdirilib
- AZAL və Moldova nümayəndələri arasında görüş keçirildi