Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-nin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
ABŞ-nin Rusiyadakı müvəqqəti işlər vəkili Stefani Holms bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Qeyd olunub ki, diplomata ABŞ-dən olan jurnalistlərin Rusiya tərəfini məlumatlandırmadan Kursk vilayətinin ərazisinə qanunsuz daxil olmaları və oradakı fəaliyyəti ilə bağlı etiraz bildirilib.
"Onlar qanunsuz şəkildə Kursk vilayətinə daxil olaraq Ukrayna qoşunlarının hərəkətləri ilə bağlı hadisələri işıqlandırıblar. Rusiya bunu təxribat kimi qiymətləndirir, həmçinin Birləşmiş Ştatlar administrasiyasının münaqişədə iştirak etməməsi ilə bağlı bəyanatlarını şübhə altına alır", - Rusiya XİN-in açıqlamasında vurğulanır.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Tramp Kaliforniyada meşə yanğınlarının vurduğu ziyanı nüvə zərbəsi ilə müqayisə etdi
- ABŞ-də yeni terror aktları - Federal Təhqiqatlar Bürosu xəbərdarlıq etdi
- Ben Afflekin evinin yerləşdiyi məhəllə külə döndü: Qızı ilə kədərini paylaşdığı anlar görüntüləndi
- Kaliforniyada böyük yanğın: Hansı səbəblərdən baş verib?
- ABŞ NATO-dan çıxacaq?
Rəylər