Pep Qvardiola "Barselona" klubunda xoşbəxt olmayan İlkay Gündoğana zəng edərək "Mançester Siti"yə qayıtmasını istəyib.
Oxu.Az xəbər verir ki, "Mançester Siti" rəsmiləri İlkay Gündoğan üçün "Barselona" rəhbərliyi ilə görüşüb və qarşılıqlı razılıq əldə olunub.
İlkay Gündoğanın "Mançester Siti"yə rəsmi keçidi isə ayının sonunadək gerçəkləşdiriləcək.
Qeyd edək ki, İlkay Gündoğan Pep Qvardiola ilə çalışacağı üçün xoşbəxt olduğunu bildirib.
İspaniyanın "Barselona" klubunun futbolçusu İlkay Gündoğan karyerasını yenidən İngiltərə təmsilçisi "Mançester Siti"də davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçinin komandaya qayıtmasına razılıq verib.
Artıq tərəflər arasında ilkin danışıqlar da gerçəkləşib. Gündoğanı Türkiyənin "Qalatasaray" və Səudiyyə Ərəbistanı ilə Qətər klubları da heyətinə qatmaqda maraqlıdır.
Qeyd edək ki, İlkay Gündoğan 2016-2023-cü illər aralığında "Mançester Siti"nin formasını geyinib.
Rəylər