Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Göydəniz Qəhrəmanov: “COP29-a ev sahibliyi turizmin inkişafı üçün geniş imkanlar açır” - FOTO
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkədə turizmin inkişafı üçün geniş imkanlar açır”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda müstəqilliyin bərpasından sonra Heydər Əliyevin sayəsində turizm yeni bir dövrə qədəm qoyub:
“Nəticədə xarici ölkələrdən gələn turistlərin sayı artdı, həm də vətəndaşların xaricə səfərləri asanlaşdı. Hazırda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini genişləndirməyə nail olub.
Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu, Azərbaycanı dünya miqyasında region lideri kimi tanıdır. Bu miqyasda tədbirlərin keçirilməsi daha təhlükəsiz dövlətlərə həvalə edilir”.
“Biz Turizm Assosiasiyası olaraq bu tədbirə hazır olmalıyıq. Gələn turistlərin Azərbaycanla bağlı müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq”, - deyə o əlavə edib.
Daha çox foto burada: PhotoStock.Az
İlhamə Əbülfət
"COP29" teqi üzrə xəbərlər
- XII Qlobal Bakı Forumunun ilk gününün sonuncu panel müzakirəsi başa çatıb
- Azərbaycan XİN başçısı: "BMT TŞ-nin tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir"
- Prezident İlham Əliyev Albaniya prezidenti ilə görüşüb
- Albaniya prezidenti: "Bakı forumu qlobal çağırışlar fonunda əhəmiyyətli hadisədir"
- ÜST rəhbəri: "Çətin danışıqlara baxmayaraq, COP29-da uğur əldə edildi"