23 
Fev
2024
12:58
30
228
14276
Virtual karabakh

Azərbaycanın Xalq artistinin cənazəsi yandırıldı - FOTO

23 Fev, 2024
12:58
14276

Azərbaycanın Xalq artistinin cənazəsi yandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şərifovanın cənazəsinin yandırılması ilə bağlı məlumat yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün Moderator.az ailənin yaxın dostu Əmirəli Qızıllı ilə əlaqə saxlayıb.

Əmirəli Qızıllı bildirib ki, Leyla Şərifovanın vəsiyyəti yerinə yetiriləcək:

“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmir ilə danışdım. Nəvəsi mənə dedi ki, “nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz”. Nəvəsi dedi ki, bu, nənəmin vəsiyyətidir və onun vəsiyyətini yerinə yetirəcəyik. Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm”.

Qeyd edək ki, sənətkarın atası türkiyəli, anası isə azərbaycanlı olub. Leyla Şərifova Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri